AZ

Türkiyə idmançıları Azərbaycana gəldilər

Sentyabrın 26-da Türkiyənin çövkən idman növü üzrə 5 nəfərdən ibarət heyəti Azərbaycanın ev sahibliyi edəcəyi III MDB Oyunlarında iştirak etmək üçün Bakıya gəlib.

Publika.az xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda türkiyəli idmançıları III MDB Oyunlarının Təşkilat Komitəsinin nümayəndələri qarşılayıblar.

III MDB Oyunları 28 sentyabr - 8 oktyabr tarixlərində Azərbaycanın yeddi şəhərində – Gəncə, Yevlax, Mingəçevir, Qəbələ, Şəki, Göygöl və Xankəndidə keçiriləcək. Açılış və bağlanış mərasimləri Gəncə şəhər stadionunda olacaq.

Seçilən
0
14
publika.az

10Mənbələr