AZ

Rusiya İstintaq Komitəsi ittiham irəli sürmədən Ağalarovların əmlakına həbs qoya bilməz — vəkil

Rusiya İstintaq Komitəsi “Crocus Group”un sahibi Araz Ağalarov və oğlu Eminin əmlakına həbs qoya bilməz, çünki onlara hələ rəsmi ittiham irəli sürülməyib. Bu barədə vəkil Aleksandr Xaminski “Obshchestvennaya Sluzhba Novostey”ə bildirib.

“Crocus City Hall”da terror aktında  zərərçəkənlər kompensasiya almaq üçün  Ağalarovların əmlakınahəbs qoyulmasını tələb ediblər.

 Lakin vəkilin sözlərinə görə, belə tədbirlər yalnız şübhəli və ya təqsirləndirilən şəxslərə, yaxud qanunla maddi məsuliyyət daşıyanlara tətbiq edilə bilər.

Xaminski qeyd edib ki, müraciət ayrıca iş üzrə yanğın zamanı yanğınsöndürmə sisteminin işləməməsi nəticəsində insanların həlak olması ilə bağlı təhlükəsizlik tələblərinin pozulmasına dair cinayət işi çərçivəsində təqdim edilib.

“Hazırda Araz və Emin Ağalarov bu iş üzrə nə şübhəli, nə də təqsirləndirilən şəxs deyillər. Yəni onların əmlakına həbs qoymaq mümkün deyil,” –  vəkil bildirib.

N.Təbrizli

Seçilən
2
1
anews.az

10Mənbələr