AZ

Vens Demokratları polisə qarşı zorakılığa təhrik etməkdə ittiham edib

ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vens hesab edir ki, Demokratlar Partiyasının bəzi üzvləri amerikalıları polis məmurlarına və immiqrasiya xidmətinin agentlərinə qarşı zorakılığa sövq edir.

“İki sahil” xəbər verir ki, o, fikirlərini "Fox News" telekanalına açıqlamasında bildirib.

Siyasətçi demokratların ABŞ İmmiqrasiya və Gömrük Mühafizəsi əməkdaşlarını tənqid etməsini şərh edərkən deyib:

"Onlar gərginliyi maksimum dərəcədə artıran ritorikaya əl atırlar və bizim bütün siyasi dünyagörüşümüzü qeyri-qanuniləşdirməyə çalışırlar. Amma bu prosesdə düşünürəm ki, onlar ən azı bəzi çılğın insanları zorakılığa təhrik edirlər", - vitse-prezident əlavə edib.

"Bu, bizim polis əməkdaşlarımıza və ABŞ İmmiqrasiya və Gömrük Mühafizə Orqanlarına qarşı zorakılığa təhrikdir. Buna son qoyulmalıdır. Demokratlara görə daha çox insan öldürüləcək. Onların ucbatından insanlar artıq öldürülüb", - Vens əlavə edib.

Seçilən
2
ikisahil.az

1Mənbələr