AZ

Macarıstanın mədəniyyət və innovasiya naziri ADNSU-da olub

Sentyabrın 25-də ölkəmizdə səfərdə olan Macarıstan Respublikasının mədəniyyət və innovasiya naziri Balazs Hanko Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) olub.

TƏHSİL.BİZ  xəbər verir ki, universitetdə nazir Balazs Hanko ADNSU-nun rektoru dosent Rüfət Əzizovla görüşərək Azərbaycan və Macarıstan arasında ali təhsil, elm və innovasiya sahəsində əməkdaşlığın perspektivlərini müzakirə ediblər.

Nazir həmçinin ADNSU-nun, o cümlədən Azərbaycan-Fransız Universitetinin (UFAZ) laboratoriyaları və kompüter otaqları ilə tanış olub. O, universitetin maddi-texniki bazasını, təhsil və tədris üçün yaradılan şəraiti yüksək qiymətləndirib.

Balazs Hanko qeyd edib ki, Macarıstanın ali təhsil müəssisələri Azərbaycan universitetləri ilə əməkdaşlığa maraq göstərir. Onun sözlərinə görə, iki ölkə arasında tədqiqat, elm, təhsil və innovasiya istiqamətlərində geniş əməkdaşlıq üçün əlverişli imkanlar mövcuddur.

 

 

 

 

 

Seçilən
0
2
tehsil.biz

3Mənbələr