Murat Nurtleu Qazaxıstanın xarici işlər naziri vəzifəsindən azad edilib.
Modern.az xəbər verir ki, müvafiq sərəncam Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev tərəfindən imzalayıb.
Tokayev 2020-2023-cü illərdə Rusiyada səfir vəzifəsində çalışmış Ermek Koşerbayevi xarici işlər naziri təyin edib.
Murat Nurtleu isə Qazaxıstan Prezidentinin köməkçisi vəzifəsinə gətirilib.
Qeyd edək ki, bir müddət əvvəl Murat Nurtleunun saxlanıldığı xəbəri yayılıb. Lakin sonradan onun tutulması barədə məlumatların həqiqətə uyğun olmadığı açıqlanıb.