AZ

Cənubi Koreya KXDR gəmisi istiqamətində xəbərdarlıq atəşi açıb

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



KXDR-in kommersiya gəmisi Seulun faktiki dəniz sərhədi hesab etdiyi Sarı dənizdəki Şimal demarkasiya xəttini pozduqdan sonra Koreya Respublikasının Silahlı Qüvvələri xəbərdarlıq atəşi açıb.
Oxu.Az-ın məlumatına görə, bu barədə "Yonhap" agentliyi məlumat yayıb.​​
Hadisə yerli vaxtla təxminən saat 05:00-da Pennondo adası yaxınlığında baş verib. Cənubi Koreya tərəfi əvvəlcə texniki vasitələrlə xəbərdarlıq yayımlayıb. Xəbərdarlıq atəşlərindən sonra KXDR kommersiya gəmisi Cənubi Koreya sularını tərk edib, bu barədə Koreya Respublikası Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsində bildirilib. Pxenyan Şimal demarkasiya xəttini tanımır.
"Silahlı qüvvələrimiz Şimali Koreyanın hərəkətlərini diqqətlə izləyib və əməliyyat təlimatına uyğun olaraq reaksiya verib. Biz döyüş hazırlığını qoruyaraq, hər hansı vəziyyətə cavab verməklə Şimal demarkasiya xəttini qoruyacağıq", - komitədən əlavə ediblər.
Seçilən
1
1
oxu.az

3Mənbələr