AZ

Amerikada Soros fondları üzrə təhqiqata başlanıb

AzVision.az xəbər verir ki, müvafiq tapşırığın surətinə istinad edən “The New York Times (NYT)” nəşri belə məlumat yayıb.

“Sentyabrın 22-də Baş prokurorun müavini Todd Blanş ABŞ-nin Kaliforniya, Nyu-York, Vaşinqton, Çikaqo, Detroyt və Merilend, eləcə də digər ştatlardakı vəkillik ofislərinə belə göstəriş göndərib. Vəzifəsi ölkə daxilində federal prokurorlarla işləmək olan vəkil Aakaş Sinqh onlara Sorosun “Açıq Cəmiyyət” fondlarına qarşı geniş çeşidli iddiaları nəzərdən keçirməyi təklif edib”,- qəzet yazır.

Potensial ittihamlar arasında r eketçilik, yandırma, elektron rabitə vasitəsilə fırıldaqçılıq və terrorizmə maddi dəstəkməsələləri var.

Bu kontekstdə, Aakaş Sinqh siyasətə maliyyə yatırımını izləyən “Capital Research Center” mühafizəkar qeyri-kommersiya təşkilatının son hesabatına istinad edib.

- Fondlar terrorizm və ya ekstremist zorakılıqla əlaqəli təşkilatlara 80 milyon dollardan çox ianə verib”,- sənəddə vurğulanır.

Aakaş Sinqh prokurorlardan bu iddiaların cinayət ittihamını əsaslandırmaq üçün yetərli olub-olmadığını müəyyənləşdirməyi xahiş edib. O, prokurorlara bildirib ki, tezliklə ilkin hesabatlar təqdim etməyə hazır olmalıdırlar.

Xatırladaq ki, “Açıq Cəmiyyət” Foundu şəbəkəsininin banisi maliyyəçi və treyder 95 yaşlı Corc Soros və oğlu Aleks Soros Trampın demokratlar cəbhəsindən rəqibi olan Kamala Harrisin seçki kampaniyasını dəstəkləyib.

Aleks hazırda Sorosun fondlarının sədridir. Avqustun sonunda Donald Tramp bəyan etmişdi ki, Corc və onun oğluna münasibətdəaraşdırılma aparılmalıdır. Bununla belə, ABŞ prezidenti Corc Sorosun hansı oğlunu nəzərdə tutduğunu dəqiqləşdirməyib. Sorosun bir neçə oğlu var və Trampın hədəfi çox güman ki, onu tənqid edən Aleksdir.

Sahil İsgəndərov
AzVision.az
Seçilən
9
1
azvision.az

2Mənbələr