AZ

“Starbucks” Şimali Amerikada 400-dən çox qəhvəxananı bağlayır

“Starbucks” Şimali Amerikada 400-dən çox qəhvəxananı bağlayır. CNN-in yazdığına görə, restrukturizasiya çərçivəsində “Starbucks” təxminən bir min ofis işçisini ixtisar etməyi planlaşdırır. Bu, 2025-ci ilin əvvəlindən bəri şirkətdə ikinci ixtisar dalğasıdır — birinci dalğa 2025-ci ilin fevralında olub və təxminən 1100 əməkdaşı əhatə edib.

Qeyd edək ki, 2025-ci ilin iyun ayına olan məlumata əsasən, Şimali Amerikada “Starbucks”ın 18 734 kafesi fəaliyyət göstərir. 2025-ci ilin sentyabr ayının sonuna bu rəqəm 18 300-ə düşəcək. Restrukturizasiyaya çəkilən xərclər təxminən 1 milyard dollar təşkil edəcək.

“Business Insider” qeyd edir ki, bağlanacaq obyektlər arasında Sietldə, “Starbucks”ın baş qərargahına bir neçə dəqiqəlik məsafədə yerləşən “məşhur” qəhvəxana da var. Bu qəhvəxana 2014-cü ildə açılmışdı və şəbəkənin ilk “Reserve Roastery” formatlı məkanı olmuşdu. “Reserve Roastery” — özündə mağaza və qəhvə qovurma sexini birləşdirən qəhvəxana konseptidir.

Sietldakı məkan bağlandıqdan sonra şirkətin bu tip obyektləri Çikaqo, Nyu-York, Tokio, Milan və Şanxayda fəaliyyət göstərəcək.

2025-ci ilin sentyabrında “Starbucks” ABŞ-də 1000 qəhvəxananı yeniləməyi planlaşdırır. Hər bir məkanın rekonstruksiyasına şirkət təxminən 150 min dollar xərcləyəcək.

Seçilən
14
banker.az

1Mənbələr