AZ

ABŞ Avropa qarşısında şərt qoydu:”Ya biz, ya da Rusiya…”

Vətəninfo.az xəbər verir ki, ABŞ-ın energetika naziri Kris Rayt Fox News telekanalının efirində bildirib ki, Birləşmiş Ştatlar Avropanı Rusiya istehsalı əvəzinə Amerika nefti, qazı və neft məhsulları ilə təmin etməyə hazırdır.

“Amerika Avropanın aldığı Rusiya qazını, neftini və neft məhsullarını Amerika ilə əvəz etməyə hazırdır. Bizim lazımi imkanlarımız var və onların tələblərini yerinə yetirməyə hazırıq. Prezidentin gündəliyi sülhdür”, – amerikalı nazir xüsusilə qeyd edib. Rayt onu da bildirib ki, Avropa Rusiyadan neft və qaz almağı dayandırarsa, bu, Ukraynadakı müharibənin sona çatmasına töhfə verə bilər.

Seçilən
18
veteninfo.az

1Mənbələr