AZ

Putin Paşinyanla görüşdü


Rusiya Prezidenti Vladimir Putin Kremldə Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşüb.
Yeniavaz.com
TASS agentliyinə istinadla xəbər verir ki, görüş Kremlin birinci binasının nümayəndəliyində keçirilib.
Məlumata görə, görüşdə baş nazirin müavini Aleksey Overçuk, prezidentin mətbuat katibi Dmitri Peskov, prezidentin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov, xarici işlər nazirinin müavini Dmitri Lyubinski, "Rusiya Dəmir Yolları" QSC-nin baş direktoru Oleq Belozerov və "Rosatom"un baş direktoru Aleksey Lixaçyov iştirak ediblər.
Ermənistan tərəfdən söhbətə baş nazirin müavini Mher Qriqoryan, ərazi idarəetmə və infrastruktur naziri David Xudatyan, xarici işlər nazirinin müavini Mnatsakan Səfəryan, Ermənistan Atom Elektrik Stansiyasının baş direktoru Eduard Martirosyan və baş nazirin mətbuat katibi Nazeli Baqdasaryan qoşulublar.
Putin və Paşinyan Ermənistan Atom Elektrik Stansiyasının fəaliyyətini, eləcə də ikitərəfli münasibətlərin müxtəlif aspektlərini müzakirə ediblər.
Qeyd edək ki, sonuncu dəfə Putin və Paşinyan avqustun 31-də Çinin Tiencin şəhərində Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkələrin nümayəndə heyətlərinin rəhbərlərinin şərəfinə keçirilən qala qəbulundan sonra görüşüblər.
Seçilən
3
7
yeniavaz.com

8Mənbələr