AZ

KİV: Avropalılar Rusiyaya xəbərdarlıq ediblər -GİZLİ

Avropa diplomatları bu həftə Kremlə xəbərdarlıq edib ki, NATO hava məkanının əlavə pozuntularına tam güc ilə, o cümlədən Rusiya təyyarələrini vurmaqla cavab verməyə hazırdır.

İki sahil” xəbər verir ki, bu barədə BLOOMBERG məlumat yayıb.

Qeyd edilib ki, söhbətin məzmunundan xəbərdar olan rəsmilər in bildirdiyinə görə, Moskva şəhərində gərgin keçən görüşdə Britaniya, Fransa və Almaniya səfirləri ötən həftə Estoniya üzərindən keçən üç MiG-31 döyüş təyyarəsinin inzivası ilə bağlı narahatlıqlarını söyləyiblər.

Qeyd edilib ki, söhbətdən sonra onlar bu pozuntunun Rusiya komandirlərinin əmri ilə bilərəkdən həyata keçirildiyi qənaətinə gəliblər.

Rusiya rəsmiləri isə təyyarələrinin Estoniya hava məkanına daxil olduğunu inkar edib, NATO-nu sınağa çəkən cəhdlər etmədiklərini bildiriblər. Onlar Polşaya daxil olmuş dronların ayrı bir hadisə olduğunu və səhv nəticəsində baş verdiyini bildiriblər.

Kremlin sözçüsü Dmitri Peskov bu həftə demişdi ki, Rusiya hərbi uçuşları beynəlxalq qaydalar əsasında idarə olunur.

Məhərrəm Ağalaroğlu, “İki sahil”

Seçilən
5
ikisahil.az

1Mənbələr