AZ

Qanunsuz balıq ovu ilə bağlı iki fakt üzrə 9,198 manatlıq ekoloji zərər qeydə alınıb

Kənd Təsərrüfatı Nazirliyinin Balıqçılıq və Akvakultura Mərkəzinin və Su Nəqliyyatında Polis İdarəsinin keçirdiyi reydlər zamanı qanunsuz balıq ovu ilə bağlı iki hadisə üzrə təbiətə ümumilikdə 9,198 manat zərər vurulduğu müəyyən edilib. Bu barədə məlumatı nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsi yayıb.

Mingəçevir su anbarında keçirilən reyd zamanı Yevlax rayon sakinləri – Əbil İsmayılov, Şakir Həsənov və Sənan İsmayılov qanunsuz balıq ovuna görə saxlanılıb. Onlardan 51 ədəd sıf, 191 ədəd şahmayı, 8 ədəd çapaq və 10 ədəd daban balığı daxil olmaqla müxtəlif növ balıqlar, 2 qayıq və ov alətləri götürülüb. Təbiətə dəymiş zərər 8,715 manat olaraq qiymətləndirilib.

Tovuz ərazisindən keçən Kür çayında keçirilən reyd zamanı isə elektrik cərəyanı ilə balıq ovlayan Elnur Məmmədov və Taleh Quliyev saxlanılıb. Onlardan 93 ədəd xramulya balığı, 1 rezin qayıq və elektrik avadanlıqları maddi sübut kimi götürülüb. Bu fakt üzrə vurulan zərər 1,023 manat olub.

Qanunsuz ovla bağlı bir fakt üzrə cinayət işi başlanıb. Dövlət qurumları reydlərin davam edəcəyini bildiriblər.

 

Seçilən
7
anews.az

1Mənbələr