Bu gün Azərbaycan Basketbol Liqasında 2025/2026 mövsümü start götürəcək.
Fanat.Az xəbər verir ki, 12 komandanın iştirakı ilə baş tutacaq çempionatın açılış turu 5 oyun gününə sığacaq.
Bu gün bir matç baş tutacaq ki, günün yeganə qarşılaşmasında ölkəmizi avrokuboklarda təmsil edəcək komandalar - son çempion "Sabah" ilə "Neftçi" üz-üzə gələcək.
Qarşılaşma Bakı İdman Sarayında keçiriləcək və saat 19:00-da başlayacaq.
Turun digər oyunlarının təqvimi belədir:
27 sentyabr
19:00. Abşeron - Şəki
Xırdalan. Abşeron Olimpiya İdman Kompleksi
30 sentyabr
19:00. NTD - Gəncə
Bakı İdman Sarayı.
1 oktyabr
19:00. Ordu - Naxçıvan
Bakı İdman Sarayı.
19:00. Sumqayıt – Lənkəran
Sumqayıt. Olimpiya İdman Kompleksi.
2 oktyabr
19:00. Sərhədçi - Quba
Bakı İdman Sarayı.