AZ

Şaraadan Bəşər Əsədlə bağlı açıqlama

Sherg.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

“Suriya 60 il ona hökmranlıq edən cinayətkar rejimi (Əsəd ailəsini nəzərdə tutur – red.) devirərək, onu böhran ixrac edən ölkədən bütün regiona sabitlik, sülh və firavanlıq gətirən ölkəyə çevirdi”.

Teleqraf xəbər verir ki, bunu Suriya Prezidenti Əhməd Şaraa deyib.

“O dövrə aid 200-dən çox sənədləşdirilmiş hücumda müdafiəsiz insanlar kimyəvi silahlarla hədəfə alınıb. Uşaqlarımız, qadınlarımız və gənclərimiz zəhərli qazları udmağa məcbur olublar. Rejim bütün bunları həqiqətin səsini susdurmaq üçün etmişdi. Bütün bu cinayətkarlığına baxmayaraq, ona təklif edilənlərdən, həll üçün istənilən siyasi yollardan üz döndərdi. Bu xalqın böyük miqyaslı hərbi savaşa getməkdən başqa çarəsi yox idi, bu, 60 il davam edən cinayətkar sistemi bütün tərəfdarları ilə birlikdə çökdürən savaş oldu”, - prezident bildirib.

Şaraa əlavə edib ki, Əsəd rejimi Suriyada mülki insanlara qarşı ən murdar işgəncə və qətl alətlərindən istifadə edib, ölkədə məzhəb və etnik zəmində qarşıdurmanı qızışdırıb:

“Dünyanın hər yerindən gələn quldur dəstələri ilə birlikdə gözəl ölkəmizi girov saxladılar, keçmiş rejim 1 milyona yaxın insanı öldürdü, yüz minlərlə insana işgəncə verdi, 14 milyona yaxın insanı didərgin saldı, 2 milyona yaxın insanın evi söküldü”.

Xatırladaq ki, Suriyada hakimiyyət dəyişikliyi 2024-cü il dekabrın 8-də baş verib. Əhməd Şaraanın rəhbərlik etdiyi qüvvələr həmin gün Dəməşqə daxil olaraq, Bəşər Əsədin hakimiyyətinə son qoyub.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
4
1
sherg.az

2Mənbələr