AZ

“Kilim”də də xizək yarışları keçiriləcək

Xalq qazeti portalından verilən məlumata əsasən, ain.az bildirir.

Dövlət Turizm Agentliyinin tabeliyində fəaliyyət göstərən “Şahdağ” Turizm Mərkəzinin daha bir yamacı (Kilim) Beynəlxalq Xizək Federasiyası (FİS) tərəfindən beynəlxalq yarışların keçirilməsi üçün homologasiya (yoxlanışdan keçmə) prosesindən uğurla keçərək sertifikat əldə edib.

Azərbaycan Qış İdman Növləri Federasiyasından verilən məlumata görə, “Kilim” yamacının ümumi uzunluğu 1897 metrdir.

Sertifikat qeyd olunan yamacda slalom, nəhəng slalom, super nəhəng slalom və paralel disiplinlər üzrə yarışların keçirilməsinə icazə verir.

Qabil YUSİFOĞLUXQ

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
2
2
xalqqazeti.az

9Mənbələr