AZ

Yəmən husiləri yenə İsraili VURDU

Yəmənin Ənsar Allah hərəkatının husi üsyançıları Təl-Əvivdə bir neçə hədəfə hipersəs ballistik raket zərbəsi endiriblər.

Vətəninfo.az xəbər verir ki, bu barədə Husilər hərəkatının hərbi sözçüsü Yəhya Səriya “Al Masirah” telekanalında məlumat verib.

“Yəmən silahlı qüvvələrinin raket qüvvələri işğal altındakı Yaffa bölgəsində bir neçə mühüm hədəfə atılan “Fələstin-2″ hipersəs ballistik raketindən istifadə edərək hərbi əməliyyat keçirib. Əməliyyat öz məqsədinə uğurla nail olub”, – hərəkatın sözçüsü bildirib.

Əvvəlki məlumatlarda İsrailin Yəmənin paytaxtı Sənaya endirdiyi zərbə nəticəsində 8 nəfərin öldüyü, 140-dan çox adamın yaralandığı bildirilirdi.

Seçilən
13
veteninfo.az

1Mənbələr