AZ

Mourinyo: “Qarabağ”a uduzmaq dünyanın sonu deyil”

“Benfika”nın baş məşqçisi Joze Mourinyo yeni komandasının son dönəmlərdəki çıxışını dəyərləndirib.

Sportinfo.az Portuqaliya mətbuatına istinadən xəbər verir ki, tanınmış mütəxəssis Lissabon təmsilçisini tezliklə əvvəlki əzəmətinə qaytaracağından əmin danışıb.

O, “Benfika”nın Çempionlar Liqasının I turunda evdə Azərbaycan çempionu “Qarabağ”a məğlubiyyəti də xatırlayıb.

Mourinyo jurnalistin “biabırçı məğlubiyyət” adlandırdığı matçda “Benfika”nın öz gücündən uzaq olduğunu etiraf edib:

“Benfika”da oynamaq, çalışmaq asan deyil. Burada daim qələbəyə məhkumsan.

Çempionlar Liqasına məğlubiyyətlə başlamaq dünyanın sonu deyil. Hələ ki, heç nə itirilməyib.

Komanda olaraq bundan sonra “Benfika”nın əsl gücünü göstərərək, bu yenilgini unutdurmağa çalışacağıq”.

Lissabondakı görüşdə “Benfika” 2:0 hesabı ilə önə keçsə də, “Qarabağ” sonda 3:2 hesablı qələbə qazanıb.

Seçilən
4
sportinfo.az

1Mənbələr