AZ

27 Sentyabr – tariximizin qəhrəmanlıq rəmzidir

Bakı. Trend:

Azərbaycan xalqının yaddaşına həkk olunan ən mühüm tarixigünlərdən biri 27 sentyabrdır. 2020-ci ilin məhz həmin günündəErmənistanın növbəti hərbi təxribatına cavab olaraq AzərbaycanOrdusu əks-hücum əməliyyatına başladı və bununla da 44 gün davamedən Vətən müharibəsi başlandı. Bu gün isə ölkəmizdə “Anım Günü”kimi qeyd edilir.

Anım Günü yalnız kədər və hüzn günü deyil, eyni zamandaxalqımızın birliyinin, mübarizə əzminin və qəhrəmanlıq tariximizintəcəssümüdür. Azərbaycan xalqı və dövləti həmin gün Vətən uğrundacanından keçən şəhidlərin xatirəsini böyük ehtiramla yad edir.Onların fədakarlığı nəticəsində torpaqlarımız işğaldan azad edildi,ölkəmizin suverenliyi və ərazi bütövlüyü bərpa olundu.

44 günlük Vətən müharibəsi zamanı Azərbaycan Ordusu Prezident,Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə parlaqqələbə qazandı. Bu qələbə təkcə hərbi uğur deyildi, həm də milliruhun, vətənpərvərliyin, xalq-ordu birliyinin möhtəşəm nümunəsioldu. Hər bir şəhidin qanı bu zəfərin təməlində dayanır, onlarınqəhrəmanlığı gələcək nəsillər üçün əbədi örnəkdir.

27 sentyabrda Azərbaycan boyu bütün dövlət qurumları,ictimaiyyət nümayəndələri, gənclər və minlərlə vətəndaş şəhidlərinxatirəsini yad edir, onların məzarlarını ziyarət edir. Bu, həm dədövlətimizin tarixə və qəhrəmanlarına verdiyi böyük dəyəringöstəricisidir.

Anım Gününün keçirilməsi gələcək nəsillərin yaddaşında milliqürurun, azadlıq sevgisinin və vətənpərvərlik ruhununmöhkəmləndirilməsinə xidmət edir. Bu gün hər bir azərbaycanlıqürurla deyə bilər ki, biz tarixi ədaləti bərpa etdik,şəhidlərimizin qanı yerdə qalmadı.

27 sentyabr – Anım Günü həm şəhidlərin müqəddəs xatirəsinəehtiram, həm də xalqımızın Zəfər tarixinin unudulmaz səhifəsidir.Bu gün biz bir daha şəhidlərimizin ruhu qarşısında baş əyir,onların işıqlı xatirəsini ehtiramla yad edirik.

Milli Məclisin deputatı,

Əminə Ağazadə

Məqalədə:
Seçilən
5
4
az.trend.az

5Mənbələr