AZ

"Haber Global": İlham Əliyev Fələstin məsələsi ilə bağlı mövqeyini həmişə açıq şəkildə bildirib

Azərbaycan Prezidenti İlham Əliyev Fələstin məsələsi ilə bağlı mövqeyini həmişə açıq şəkildə bütün platformalardan bildirib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Haber Global"ın "Azərbaycana qarşı qarayaxma kampaniyası! Bakı əsassız böhtanlara cavab verdi!" başlıqlı sujetində bildirilib.

Qeyd olunub ki, Azərbaycanın Fələstinə göstərdiyi sarsılmaz dəstəyi görməzdən gələrək yalan və böhtanlara üstünlük verən bəzi media orqanları yenə də Bakıya qarşı açıq şəkildə təbliğata əl atıblar:

"Həmin yayım mərkəzləri İsrailin Avroviziyaya qatılmayacağı təqdirdə, Azərbaycanın da iştirak etməyəcəyini bildirərək yalan məlumatlar tirajladılar. Təbii ki, onların yazdıqları həqiqəti əks etdirmir. Ancaq bəziləri bu yalan məlumatı yayaraq Azərbaycan-Türkiyə qardaşlığını hədəf almağa çalışdılar".

Sujetdə Azərbaycanın təxribata "dur" deyərək həmin xəbərləri dərhal yalanlamasına da diqqət çəkilib:

"Azərbaycanın Fələstin dövlətinin qurulması ilə bağlı mövqeyi birmənalıdır. Bildirir ki, Şərqi Qüds onun paytaxtı olmalıdır. Bəzi media quruluşları isə Azərbaycan Prezidenti İlham Əliyevin bütün platformalardan dünyaya çatdırdığı həqiqəti görməzdən gəlir".

Videomaterialda dezinformasiya kampaniyasının aparılma tarixi xüsusi vurğulanıb:

"Dezinformasiya kampaniyasının aparıldığı tarix diqqətçəkəndir. Bunlar Türkiyə və Azərbaycan prezidentlərinin ABŞ-də diplomatik fəaliyyətlə məşğul olduqları vaxtda dövriyyəyə buraxılıb. Əslində, bu hadisə ilk dəfə yaşanmır, daha əvvəl də belə qaralama kampaniyaları aparılıb və Azərbaycan lazımi cavabı verib".

 

Seçilən
9
6
bakivaxti.az

7Mənbələr