Ekspert İlham İsmayıl sərbəst buraxılıb.
Axar.az Medianews.az-a istinadla xəbər verir ki, İlham İsmayıl iki gün öncə Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən vətəndaşlardan birinin pul borcu şikayəti ilə əlaqədar saxlanmışdı. O, sentyabrın 26-sı günorta polis idarəsindən sərbəst buraxılıb.
İlham İsmayılın saxlanması haqda xəbərlər ölkə mediasında sentyabrın 25-də yayılmışdı. Həmin xəbərlərdə onun dələduzluq əməlinə görə saxlandığı qeyd olunurdu.