AZ

Avropadan Ukraynaya 140 milyardlıq ŞOK TƏKLİF KONKRET

ain.az, Konkret.az portalına istinadən məlumat verir.

Avropa Komissiyası Ukraynaya Rusiyanın dondurulmuş aktivlərindən istifadə etməklə 140 milyard avro kredit ayırmağı təklif edib.

KONKRET.az xəbər verir ki, bu barədə “Politico” nəşri məlumat yayıb.

Bildirilib ki, Avropa Komissiyası təklifi Aİ-yə üzv dövlətlərə təqdim edib. Məsələ bu gün Aİ səfirləri səviyyəsində müzakirə olunacaq.

Daha sonra gələn həftə Kopenhagendə keçiriləcək sammitdə Avropa liderlərinin diqqətinə çatdırılacaq.

Komissiya, həmçinin Macarıstanın məhdudiyyətləri bloklama riskini azaltmaq məqsədilə sanksiyaların qəbul qaydalarında dəyişiklik təklif edib.

Yeni təklifə əsasən, yekdillikdən imtina edilərək ixtisaslı səs çoxluğu ilə qərarların qəbul olunması nəzərdə tutulur.

Müşviq Tofiqoğlu

KONKRET.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
5
1
konkret.az

2Mənbələr