AZ

Gündəlik limonlu suyun 8 gözlənilməz faydası

Limonlu su sağlamlıq üçün faydalı içkilər arasında məşhurdur. Lakin onun müntəzəm istehlakı sağlamlığa faydalı təsirlərə malikdir.

Bu barədə qastroenteroloq Dr. Saurabh Sethi öz müsahibəsində bildirib. O, gündəlik limonlu su istehlakının çox bilinməyən 8 faydasından danışıb. Həmin faydaları sizə təqdim edirik:

  • Hidratasiyanı artırır – Limon suyu suyu daha dadlı edir və bunun sayəsində gündəlik maye qəbulunu asanlaşdırır.

  • Həzm sistemini dəstəkləyir – Limonlu su mədə turşuluğunu tənzimləyərək həzmi asanlaşdırır və qaz problemlərini azaldır.

  • Dəri sağlamlığını yaxşılaşdırır – C vitamini sayəsində limonlu su dərini nəmləndirir, parlaq görünməsinə kömək edir.

  • İmmuniteti gücləndirir – Limon C vitamini və antioksidantlarla zəngindir, xəstəliklərə qarşı bədəni qoruyur.

  • Detoks təsiri göstərir – Limonlu su qaraciyərin fəaliyyətini stimullaşdırır və zərərli maddələrin bədəndən çıxmasına yardım edir.

  • Çəki idarəsini dəstəkləyir – Metabolizmi sürətləndirərək və toxluq hissi verərək arıqlamağa kömək edə bilər.

  • Ağız sağlamlığını qoruyur – Antibakterial xüsusiyyətləri ağızda pis qoxu və mikroblarla mübarizə aparmağa kömək edir.

  • Enerji verir və əhvalı yaxşılaşdırır – Limonun təravətləndirici qoxusu və vitamini bədəni canlandırır, əhvalı yüksəldir.//E-saglam.az

Seçilən
0
4
musavat.com

5Mənbələr