Qaranohur gölü Şahdağ Milli Parkının İsmayıllı bölməsində yerləşən, sıx meşəliklə əhatə olunmuş, xüsusən də payız fəslində öz gözəlliyi ilə seçilən əsrarəngiz bir dağ gölüdür.
Göl dəniz səviyyəsindən 1520 metr yüksəklikdə, İsmayıllı şəhərindən 8 km şimal-şərqdə, Talıstan kəndi yaxınlığında yerləşir.
Ehtimalən Mezozoy dövrünün sonu, Kaynozoy erasının əvvəlində baş vermiş konvergensiya prosesləri nəticəsində yaranmış tektonik proseslərin nəticəsində yaranan gölün suyunun kənd təsərrüfatı üçün yararsız olması səbəbindən yerli əhali ona "qara" adını verib.
Şahdağ Milli Parkının incisi sayılan göldən fotoları təqdim edirik:
Fotolar: UNİKAL