AZ

Müharibədə oğlunu itirən erməni deputatdan ŞOK TƏKLİF: 27 yanvar "Anım Günü" olsun...

Ermənistan hakimiyyət partiyasının təşəbbüsü ilə ölkədə 27 yanvar “bütün dövrlərdə hərbi əməliyyatlar nəticəsində həlak olmuşların xatirə günü” elan olunması planlaşdırılır.

Musavat.com xəbər verir ki, bu barədə erməni teleqram kanalı məlumat yayıb.

Təşəbbüsü parlamentin vitse-spikeri Ruben Rubinyan və müxalifətdən ayrılmış deputat Geqam Nazarayan irəli sürüb.

Məlumata görə, Nazarayan özü 2020-ci ilin 27 sentyabrında başlayan 44 günlük Qarabağ müharibəsində oğlunu itirib.

Bildirilir ki, seçilmiş tarix heç bir konkret hadisə ilə (müharibələrin başlanması) bağlı deyil. Lakin 27 yanvar təsadüfən 1992-ci ildən qeyd olunan Ermənistan Ordusu Günündən bir gün əvvəl düşür.

Bu səbəbdən təşəbbüsün ölkə daxilində geniş mübahisələr doğuracağı proqnozlaşdırılır.

Musavat.com

Seçilən
18
50
musavat.com

10Mənbələr