AZ

“AzerGold” Quşçu kəndində infrastrukturun bərpasına kömək göstərib - FOTO

Yazını böyüt
Yazını kiçilt

"AzerGold" Qapalı Səhmdar Cəmiyyəti (QSC) tərəfindən Daşkəsən rayonunun Quşçu kənd sakinlərinin müraciəti əsasında kəndin 10 kilometrlik torpaq örtüklü örüş yolunda bərpa işləri həyata keçirilib.

Hafta.az-ın yazdığına görə, yerli əhalinin gündəlik həyat şəraitinin və kənd təsərrüfatı fəaliyyətlərinin yaxşılaşdırılması məqsədilə görülən işlər çərçivəsində, həmçinin Quşçu–Quytul torpaq yolunda kipləşdirmə, səthin sıyrılması və hamarlaşdırma işləri də yerinə yetirilib.

Ərazidə dağlıq sahələrdən gələn su və sel axınlarının tənzimlənməsi məqsədilə xüsusi suötürücü boruların quraşdırılması təmin olunub. Eyni zamanda, sel sularının zərər vurduğu torpaq sahələrində dolğu materialı ilə bərkitmə və səth düzləndirmə işləri həyata keçirilib.

"AzerGold" QSC-nin korporativ sosial məsuliyyət siyasəti çərçivəsində icra olunan bu tədbirlər yerli icmanın rifahına, eləcə də kənd təsərrüfatı infrastrukturunun davamlı inkişafına töhfə vermək məqsədi daşıyır.Ərazidə dağlıq sahələrdən gələn su və sel axınlarının tənzimlənməsi məqsədilə xüsusi suötürücü boruların quraşdırılması təmin olunub. Eyni zamanda, sel sularının zərər vurduğu torpaq sahələrində dolğu materialı ilə bərkitmə və səth düzləndirmə işləri həyata keçirilib.

"AzerGold" QSC-nin korporativ sosial məsuliyyət siyasəti çərçivəsində icra olunan bu tədbirlər yerli icmanın rifahına, eləcə də kənd təsərrüfatı infrastrukturunun davamlı inkişafına töhfə vermək məqsədi daşıyır.

Seçilən
14
18
hafta.az

10Mənbələr