AZ

Pensiya yaşına çatmadan ölən şəxsin təqaüdünü bu şəxslər ala bilər – AÇIQLAMA

Azərbaycanda əmək fəaliyyəti ilə məşğul olan hər bir şəxs pensiya kapitalı formalaşdırır. Bu şəxslər qocalanda isə dövlətdən pensiya alır. Bəzən isə insanlar təqaüd yaşına çatmadan ölürlər. Belə olan halda isə yığılan pulun aqibəti insanlara maraqlıdır.

Milli.Az xəbər verir ki, məsələ ilə bağlı millət vəkili Əziz Ələkbərli təklif irəli sürərək bildirib ki, bəzən ailə başçısı vəfat edəndə ailə acınacaqlı durumda olur. Bu zaman həmin kapitalın heç olmasa 30 faizini ailəyə vermək ola bilər.

Qeyd edək ki, ölən şəxsin ailə üzvləri notarius vasitəsilə vərəsəlik hüququ əldə etdikdən sonra Dövlət Sosial Müdafiə Fondundan vəsaiti almaq üçün müraciət edə bilərlər.

Dövlət Sosial Müdafiə Fondunun mətbuat katibi Rəşad Mehdili də bildirir ki, şəxsin topladığı pensiya kapitalı o vəfat etdikdə onun ailə üzvlərinin sosial təminatına yönəldilir.

Qurum rəsmisi həmçinin qeyd etdi ki, pensiyalarda hər ilin əvvəlində indeksasiya nəticəsində edilən artımlar, ailə başçısını itirməyə görə ödənilən pensiyalara da şamil olunur.

Seçilən
17
4
editor.az

10Mənbələr