Belçikanın baş naziri Bart de Vever Almaniya kansleri Fridrix Mertsin Rusiyanın dondurulmuş aktivlərindən istifadə etməklə Ukraynaya 140 milyard avro ayırmaq təklifinə qarşı çıxıb.
“İki sahil” xəbər verir ki, bu barədə "Belqa" xəbər agentliyi xəbər yayıb.
"Mən dünən dedim ki, bunu sakit şəkildə müzakirə etmək istəyirəm ki, biz həll yolu tapa bilək. Amma hər gün yeni bir ideya ilə çıxış etmək yox. Mən bunu çox təəssüfləndirici hesab edirəm", - deyə, Vever Nyu-Yorkda BMT Baş Assambleyasının kuluarlarında deyib.
Belçikanın baş naziri qeyd edib ki, gələcəkdə avropalı siyasətçilər mərkəzi banklardan gələn pulların yoxa çıxma riski olduğunu görsələr, avrozonadan ehtiyatlarını çıxarmaq qərarına gələ bilərlər.