İmpiçment dinləmələri ilə bağlı müzakirəmiz yoxdur.
Redaktor.az xəbər verir ki, bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan deyib.
Onun sözlərinə görə, müxalifət son 4-5 ildə küçələrdə təkrar etdikləri tezisləri davam etdirirlər: "Növbədənkənar seçkilərə ehtiyac görmürük. Mən ilk dəfədir ki, bu gün çıxış edənlərdən birindən onların seçki təklif etdiyini eşidirəm. 4,5 il keçib, seçkilərə 8 ay qalıb, mən ilk dəfədir ki, müxalifətin növbədənkənar seçkilər dediyini eşidirəm".
Spiker həmçinin qeyd edib ki, müxalifət seçkilərə hazır deyil, üstəlik, seçilməyəcəklərini də bilirlər: "Onlar bilirlər ki, uduzacaqlar. Biz sabah seçkiyə gedə bilərik, amma birincisi, buna ehtiyac yoxdur, ikincisi, xalqımız bizə 5 il müddətinə səlahiyyət verib. Biz 2021-ci ildəkindən daha çox səs alacağıq".