Bakı. Trend:
Diasporla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə İğdırAzərbaycan Evinin üzvləri Xankəndi şəhərinə və Xocalı rayonunasəfər ediblər.
Trend xəbərverir ki, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa,Tikinti İdarəetmə xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindənverilən xəbərə görə, Prezidentin Xankəndi şəhəri, Ağdərə və Xocalırayonları üzrə xüsusi nümayəndəsinin müavini Səbuhi Qəhrəmanov,qonaqlara şəhərdə həyata keçirilən genişmiqyaslı tikinti-quruculuqişləri barədə ətraflı məlumat verib və bildirib ki, qısa müddətdəşəhərin siması dəyişərək, Azərbaycanın ən müasir və abadşəhərlərindən birinə çevriləcək. Səfər çərçivəsində nümayəndəheyəti Xocalı şəhərində də olub, burada da həyata keçirilənyenidənqurma və bərpa prosesləri ilə yaxından maraqlanıblar.Qonaqlar Qarabağ Universitetinə də baş çəkərək, tələbələr üçünyaradılmış müasir şəraitlə tanış olublar.
Qeyd edək ki, səfərdə Türkiyənin Şərqi Anadolu bölgəsindəfəaliyyət göstərən bir neçə universitetin rektoru, İğdır AzərbaycanEvinin rəhbəri Ziya Zakir Açarın iştirak edib.