AZ

Hesablama Palatası Aqrar Xidmətlər Agentliyində ciddi nöqsanlar aşkarladı

Bakı. Trend:

Azərbaycan Respublikası Hesablama Palatasının 2025-ci il üzrə İşPlanına uyğun olaraq Kənd Təsərrüfatı Nazirliyi yanında AqrarXidmətlər Agentliyi (AXA) və tabeliyindəki qurumlarda uyğunluqauditi aparılıb. Audit 2023–2025-ci illəri əhatə edib və 111,3milyon manatlıq daxilolma, 105 milyon manatlıq xərclər üzrəəməliyyatlar yoxlanılıb.

Bu barədə Trend Hesablama Palatasına istinadən xəbər verir.

Yoxlamalardan sonra məlum olub ki, ölkə üzrə heyvanlarınidentikləşdirilməsi həyata keçirilməyib, nəticədə xəstəliklərəqarşı peyvəndləmə risk əsaslı deyil, ümumi “sürü prinsipi” iləaparılıb; Heyvanların uçotu Dövlət Statistika Komitəsiningöstəricilərindən 11–16% fərqlənib; Strateji inkişaf və monitorinqplanları mövcud olmayıb, 2019–2025 Dövlət Proqramında nəzərdətutulan hədəflərə çatmaq mümkün görünmür; Feromon tələlərinin bahaqiymətə (1669,1 min manat) alınması, istifadəsiz qalması və dövlətqeydiyyatına alınmaması nəticəsində 1 mln. manata yaxın vəsaitsəmərəsiz xərclənib; Laboratoriya və sort-sınaq məntəqələrindətorpaq sahələrinin cəmi 7,8%-i təyinatı üzrə istifadə olunub,məhsul satışından 175 min manat potensial gəlir reallaşmayıb;Peyvəndləmə prosesində heyvanların sayının şişirdilməsi, sənədlərdəuyğunsuzluqlar, imzaların olmaması müəyyən edilib; Baytarlıqpreparatları və pestisidlərin istifadəsi, daşınması və uçotu üzrəelektron nəzarət sistemi mövcud deyil; Satınalmalarda qiymətlərindüzgün hesablanmaması, anbar qalığı və artıq xərclər müşahidəolunub; Qurumlarda baş mühasib ştatlarının vakant qalması uçotunaparılmasında risklər yaradıb.

Hesablama Palatası Kollegiyası nöqsanların aradan qaldırılmasıüçün tədbirlərin görülməsi, artıq xərclərin bərpası və aidiyyətiqurumlara məlumat göndərilməsi barədə qərar qəbul edib.

Seçilən
15
az.trend.az

1Mənbələr