AZ

HP: Aqrar Xidmətlər Agentliyi gəlir gətirən xidmətlərin böyük hissəsini tətbiq etmir

ain.az, Apa.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi (AXA) gəlir gətirə biləcək xidmətlərin əksəriyyətini tətbiq etmir.

APA-Economics xəbər verir ki, Hesablama Palatasının auditinə əsasən, Agentliyin hüquqi səlahiyyətlərinə ümumilikdə 390-dan çox müxtəlif xidmət daxildir. Lakin faktiki olaraq yalnız 10-a yaxın xidmət rəsmiləşdirilərək həyata keçirilib və bu xidmətlərdən gəlir əldə olunub.

Auditə görə, xidmətlərin böyük hissəsinin rəsmiləşdirilməməsi nəticəsində qeyri-büdcə mənbələri üzrə potensial daxilolmalar təmin edilməyib. Yəni Agentlik dövlət büdcəsindən əlavə maliyyə cəlb etmək imkanlarını dəyərləndirməyib.

Bundan başqa, sifarişlərin elektron müraciət sistemi formalaşdırılmayıb, sifarişçilər və göstərilən xidmətlərin predmeti üzrə uçot aparılmayıb. Bu isə həm şəffaflıq, həm də gəlir potensialının izlənməsi baxımından ciddi risklər yaradıb.

Hesablama Palatası bu halları dövlət vəsaitlərinin daha səmərəli istifadəsi imkanlarının itirilməsi, qeyri-büdcə resurslarının reallaşdırılmaması və xidmətlərin optimallaşdırılmamasının göstəricisi kimi qiymətləndirib. Kollegiya nöqsanların aradan qaldırılması və itirilmiş vəsaitlərin bərpası istiqamətində müvafiq tədbirlərin görülməsi barədə qərar qəbul edib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
10
1
apa.az

2Mənbələr