AZ

Gərginlik pik həddə: Avropa elan etdi Rusiya tezliklə vurulacaq?

ain.az bildirir, GlobalInfo saytına əsaslanaraq.

Son günlər Rusiya ilə NATO ölkələri arasında gərginlik getdikcə artır. Rusiyaya məxsus uçuş vasitələrinin alyans ölkələrinin hava məkanını pozması, eləcə də bənzər təxribatlar Avropada böyük narahatlıq doğurub. “Blumberq”in məlumatına görə, Avropa diplomatları Kremlə gizli şəkildə xəbərdarlıq ediblər ki, NATO artıq öz hava məkanında Rusiyanın təxribatlarına dözməyəcək və hava sərhədini pozan rus təyyarələrini vuracaq.

Globalinfo.az-a danışan politoloq Oqtay Qasımovun sözlərinə görə, Rusiyanın son vaxtlar Avropa İttifaqı və NATO-ya üzv ölkələrin hava məkanını pozması adi hala çevrilib:

“Kremlin əsas məqsədi Avropa ölkələrinin reaksiyasını test etmək, NATO-nun hazırlıq səviyyəsini yoxlamaq və eyni zamanda, kəşfiyyat məlumatları toplamaqdır.

Digər bir hədəf isə Avropa cəmiyyətlərində təşviş yaratmaqdır. Kreml düşünür ki, bu cür insidentlər əhalidə narahatlıq doğuracaq, insanlar hökumətlərindən narazı qalacaq və nəticədə Ukraynaya dəstək siyasətinə qarşı etirazlar güclənəcək.

Oqtay Qasımov

Rusiya özü də məhdud resurslara malikdir və Ukrayna ilə apardığı müharibə bu resursları sürətlə tükədir. Ölkə iqtisadiyyatında bu prosesin mənfi təsirləri artıq hiss olunmağa başlayıb”.

Ekspertin fikrincə, Avropa ölkələrinin bu təxribatlara reaksiyası hələlik yetərli deyil:

“Avropa ölkələri təmkinli davranmağa çalışırlar. Bunun başlıca səbəbi isə ABŞ-dır. Vaşinqton hələlik Rusiya ilə münasibətlərin daha da gərginləşməsini istəmir. Prezident Donald Tramp hazırda Rusiya lideri Vladimir Putinlə danışıqlarda maraqlıdır. Bu səbəbdən ABŞ daha yumşaq mövqe sərgiləyir. Avropa ölkələri isə ABŞ-ın dəstəyi olmadan Rusiya ilə açıq qarşıdurmaya getməkdən çəkinirlər. Digər tərəfdən, Vaşinqton da bu ölkələri ehtiyatlı davranmağa təşviq edir və öz şərtlərini diktə edir.

Trampın və Zelenskinin BMT-dəki çıxışlarında sərt fikirlər səslənsə də, ABŞ administrasiyasının mövcud mövqeyindən geri çəkilməsi real görünmür. Ən azından yaxın perspektivdə vəziyyət bu cür davam edəcək”.

Turan Rzayev

Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
8
globalinfo.az

1Mənbələr