AZ

“Qapıçı almadıqlarına inana bilmirəm” - “Qarabağ”ın rəqibini tənqid etdi

Futbol mütəxəssisi Pol Merson “Çelsi”nin bu yay qapı xəttini gücləndirməli olduğunu düşünür.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, sabiq futbolçu bunu deyib:

“Yayda xərclədikləri külli miqdarda pulu nəzərə alsaq, onların qapıçı almadıqlarına inana bilmirəm.

Yaxşı qapıçı olmadan böyük turnirlərdə qalib gələn komandanın adını çəkə bilərsizmi? Heç birini tapa bilməzsən”.

“Çelsi” “Qarabağ”ın UEFA Çempionlar Liqasındakı rəqiblərindən biridir.

Seçilən
4
sportinfo.az

1Mənbələr