Sea Breeze

Bakı yalnız müasir binaları ilə deyil, həm də əsrlərin izini daşıyan İçərişəhəri ilə öz ruhunu yaşadır. Bu unikal mədəniyyət məkanını qorumaq və gələcək nəsillərə daha müasir formada təqdim etmək məqsədilə “Yelo Bank” yeni təşəbbüsə imza atıb.

“Yelo Bank” və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi arasında bağlanan memorandum milli mədəni irsin təbliği, turizm imkanlarının artırılması və İdarənin rəqəmsal transformasiyasını hədəfləyir. Sənəd Qoruq İdarəsinin İdarə Heyətinin sədri Rüfət Mahmud və “Yelo Bank”ın İdarə Heyətinin sədri Anar Həsənov tərəfindən imzalanıb.

Əməkdaşlıq çərçivəsində qoruqların idarə olunmasında rəqəmsal informasiya-kommunikasiya sisteminin yaradılması, elmi-texniki nailiyyətlərin tətbiqi, beynəlxalq təcrübənin nəzərə alınması, əhali ilə açıq kommunikasiya və ictimai informasiyanın mobil tətbiq vasitəsilə yenilənməsi nəzərdə tutur. Həmçinin bu sahədə qarşılıqlı əməkdaşlıq və birgə layihələrin icrası da əsas hədəflərdən biridir.

Beləliklə, həm yerli sakinlər, həm də xarici qonaqlar qədim Bakının ruhunu daha rahat kəşf edəcək, milli irsimiz isə müasir texnologiyalar vasitəsilə daha geniş auditoriyaya tanıdılacaq.

Bank xidmətləri ilə bağlı ətraflı məlumat almaq istəyirsiniz?

O zaman 981 nömrəsinə zəng edin və ya “Facebook”, “Instagram”, “Whatsapp” və yelo.az hesablarımızı ziyarət edin.

“Yelo Bank” – Parlaq bankçılıq!

Baku Build
ETX
Baku Water Week
ETX
Baku Water Week
ETX