AZ

Moldova gürcü jurnalistlərin ölkəyə girişini qadağan etdi

TBİLİSİ, 26 sentyabr. TELEQRAF

Gürcüstanın “İmedi” telekanalının jurnalisti Saba Xviçiya və operatoru Levan Tabatadzenin Moldovaya girişinə icazə verilməyib.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, bu barədə telekanal məlumat yayıb.

Bildirilib ki, “İmedi”nin çəkiliş qrupu Kişineuya seçkiləri işıqlandırmaq üçün yollanıb. Jurnalist və müxbir hava limanında beş saat gözlədikdən sonra uçuş zalına göndərilib. Onlara telefondan istifadə qadağan edilib, hərəkətləri məhdudlaşdırılıb, pasport və sənədləri müsadirə edilib.

“Bazar günü Moldovada parlament seçkiləri keçirilir. Çəkiliş qrupumuz seçki prosesini işıqlandırmaq üçün Kişineuya gedib. Moldovada demokratiyanın “Avropa” standartı belədir və jurnalist fəaliyyətinə bu cür maneçilik yaradılır”, - “İmedi”nin məlumatında deyilir.

Çəkiliş qrupu hazırda Kişineu aeroportunda Tbilisiyə dönmək üçün uçuşu gözləyir.

Seçilən
128
teleqraf.com

1Mənbələr