AZ

Ağdamda əməyin mühafizəsinə dair mediatur təşkil olunub

Bakı. Trend:

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət ƏməkMüfəttişliyi Xidmətinin tabeliyində Əməyin Mühafizəsi MərkəziAğdamda media nümayəndələri üçün əməyin mühafizəsinə dairmüəssisələrə mediatur təşkil edib.

Trend xəbərverir ki, Vətən Müharibəsinin 5-ci ildönümünə həsr olunmuşmediaturda sosial tərəfdaş qurumların nümayəndələri olan AzərbaycanRespublikasının Minatəmizləmə Agentliyi (ANAMA), AzərbaycanHəmkarlar İttifaqları Konfederasiyası (AHİK), Kiçik və OrtaBiznesin İnkişafı Agentliyi (KOBİA) də iştirak ediblər.

Mediaturun məqsədi işğaldan azad olunmuş ərazilərdə əməyinmühafizəsi sahəsində görülən işləri, maarifləndirmə tədbirlərini vəmüəssisələrdə yaradılmış təhlükəsiz iş şəraitini ictimaiyyətətəqdim etmək olub.

İştirakçılara 2023-cü ildən başlayaraq bu sahədə həyatakeçirilən tədbirlər barədə məlumat verilib. Qeyd olunub ki, yalnız2025-ci ildə Əməyin Mühafizəsi Mərkəzi tərəfdaş qurumlarla birgə 46tədbir keçirib və ümumilikdə 135 işəgötürən, 4 700-ə yaxın işçiniəhatə edib. Tədbirlərdə iştirakçılara əməyin mühafizəsi, işyerlərinin attestasiyası, işçilərin sağlam və təhlükəsiz şəraitdəçalışması, həmçinin yeni dövlət standartlarının tətbiqi ilə bağlıətraflı məlumat verilib. Eyni zamanda dövlətin layiqli əməksiyasəti, əmək qanunvericiliyinin əsas tələbləri, iş yerlərindətəhlükəsizlik standartları və mina təhlükəsizliyi qaydalarıiştirakçıların diqqətinə çatdırılıb.

Mediatur çərçivəsində media nümayəndələri Ağdamda fəaliyyətgöstərən “Tabaterra” MMC, “BAFCO İnvest” MMC və “Eel Electric”MMC-də əməyin mühafizəsi və sağlam iş mühitinin yaradılması iləbağlı həyata keçirilən qabaqlayıcı tədbirlərlə yerində tanışolublar.

Seçilən
4
3
az.trend.az

9Mənbələr