Bu il qəbul imtahanlarında 195 nəfər şəhid və qazi övladı uğur qazanaraq ali məktəblərə qəbul olub. Onlardan 49 nəfəri 500 bal, 9 nəfəri isə 600 baldan yuxarı nəticə göstərib.
Redaktor.az APA-ya istinadən xəbər verir ki, bunu şagirdlərin gələcək peşə istiqamətlərinin müəyyənləşdirilməsinə kömək etmək məqsədilə hazırlanmış “Peşə seçimi” alətinin təqdimat mərasimində Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə söyləyib.
O bildirib ki, DİM hər zaman abituriyentlərin qəbul imtahanlarına hazırlaşmasına elmi-metodiki dəstək göstərib. Bu gün tədqim olunan “Peşə seçimi aləti” gələcəkdə onlara daha çox kömək edəcək.