AZ

Trampla anlaşdıq: Qəzza, 100 milyardlıq hədəf...

ABŞ Prezidenti Donald Trampla danışıqlar bir çox istiqamətlərdə əhəmiyyətli irəliləyişlərə səbəb olub.

Axar.az xəbər verir ki, bunu bir gün əvvəl Ağ Evdə Amerika lideri ilə görüşən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“Biz Vaşinqtondan məmnunluq hissi ilə ayrılırıq. Cənab Prezidentlə (Trampla – red.) səmimi, konstruktiv və məhsuldar şəraitdə danışıqlar apardıq. Cənab Trampla münasibətlərimiz, məlum olduğu kimi, həmişə yaxşı olub. Biz onun birinci dövründə bu gün də davam edən xüsusi dialoq qurmuşuq. Əminəm ki, bu, Türkiyə-Amerika münasibətlərinə müsbət təsir göstərəcək.

Təbii ki, bir görüşdə bütün məsələləri həll etmək mümkün deyil. Lakin bu əlaqə bir çox cəbhələrdə əhəmiyyətli irəliləyişlərə səbəb oldu. Bizim qarşımızda 100 milyard dollarlıq ticarət dövriyyəsinə nail olmaq məqsədi var. Lider olaraq bunu həyata keçirmək üçün bizim siyasi iradəmiz var”, - o bildirib.

Ərdoğan qeyd edib ki, Trampla görüşün gündəliyinə Suriyadakı vəziyyət və Qəzzada baş verən humanitar fəlakət də daxil edilib:

“Qəzzada qırğına son qoyulması kontekstində söhbətimizin xüsusi əhəmiyyəti var idi. Cənab Tramp görüşdə davamlı sülhə nail olmağın zəruriliyini bildirdi. Biz də öz növbəmizdə istər Qəzzada, istərsə də Fələstində əvvəlcə atəşkəsə, sonra isə davamlı sülhə necə nail ola biləcəyimizə dair vizyonumuzu açıqladıq. Bu məsələ ilə bağlı qarşılıqlı anlaşma əldə olunub”.

Seçilən
12
1
axar.az

2Mənbələr