AZ

İsrail Qəzzada daha 24 Fələstinlini qətlə yetirdi

BAKI, TurkicWorld, Nailə Babazadə

İsrail ordusunun Qəzza zolağının müxtəlif bölgələrinə endirdiyi son hücumlarda, aralarında humanitar yardım gözləyənlərin də olduğu 24 fələstinli həyatını itirib.

TurkicWorld xəbər verir ki, hadisə şahidlərinin və səhiyyə mənbələrinin verdiyi məlumata görə, İsrail ordusu Qəzza zolağının şimal, mərkəz və cənub hissələrində mülki əraziləri və guya “humanitar yardım paylama mərkəzlərini” hədəfə alıb.

İsrail ordusu gecə boyunca Qəzzanın şimal bölgəsini intensiv bombardman edib. Hücumlar nəticəsində çoxsaylı binalar tamamilə dağıdılıb.

Qəzza şəhərində səhər saatlarında həyata keçirilən hücumlarda 12 nəfər həlak olub.

Qəzzanın mərkəzində yerləşən Netzarim Dəhlizi ətrafında humanitar yardım gözləyən insanlara açılan atəş nəticəsində 10 nəfər həyatını itirib.

Cənubdakı Rəfah şəhərində isə yardım gözləyən 1 fələstinli İsrail hücumu nəticəsində öldürülüb.

Eyni zamanda, Qəzzanın cənubundakı Xan Yunis şəhərinə edilən hücumda daha 1 nəfər həlak olub.

Səhiyyə mənbələrinin verdiyi məlumata görə, bu gün səhər saatlarından etibarən Əl-Avdə Xəstəxanasına 10, Şifa Xəstəxanasına 8, Əl-Əhli Baptist Xəstəxanasına 4, Nasir Xəstəxanasına isə 2 nəfərin cəsədi çatdırılıb.

Həmin xəstəxanalara çox sayda yaralı da gətirilib.

Seçilən
12
turkic.world

1Mənbələr