AZ

Ukrayna ordusu: Rusiya 712 minlik qoşunla hücum edir, mərmiləri isə...

Rusiya ordusu Ukrayna Silahlı Qüvvələrinə nisbətən təxminən iki dəfə çox artilleriya mərmisi istifadə edir. Ukrayna isə bunu dəqiqlik, kəşfiyyat və mühüm obyektlərin vurulması ilə kompensasiya edir.

Musavat.com xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Aleksandr Sırski bildirib.

Onun sözlərinə görə, cəbhədə gündəlik orta hesabla 160–190 döyüş toqquşması, 15–20 hücum baş verir.

“Bu, bizə bir tərəfdən təşəbbüsü əldən verməməyə, digər tərəfdən isə qüvvə və vasitələri manevr etdirərək əsas səyləri problemli istiqamətlərdə toplamağa imkan verir”, – deyə Sırski bildirib.

Baş komandan əlavə edib ki, Rusiyanın hücum qruplaşmasının ümumi komplektləşməsi 712 min nəfərə çatır. Ümumi vəziyyət mürəkkəb olsa da, Ukrayna ordusunun nəzarəti altındadır.

“Düşmən əsas istiqamətlərdə, xüsusən Pokrovsk və Dobropolyedə hücumlarını davam etdirir. Lıman və Novopavlovsk istiqamətlərində də gərginlik qalmaqdadır. Digər bölgələrdə isə vəziyyət aşağı intensivlikli döyüşlərlə xarakterizə olunur. Ümumilikdə isə vəziyyət bizim nəzarətimizdədir”, – deyə o vurğulayıb.

Musavat.com

Seçilən
7
musavat.com

1Mənbələr