AZ

Mourinyo "Qarabağ"a 4 qol vuran yarımmüdafiəçini öz yanına apardı

"Benfika"nın yeni baş məşqçisi Joze Mourinyo klubun U-19 komandasının üzvü Qonsalu Moreyranı əsas kollektivə cəlb edib.

Sportinfo.az xəbər verir ki, bu haqda Portuqaliyanın "A Bola" nəşri məlumat yayıb.

19 yaşlı yarımmüdafiəçi dünəndən etibarən əsas komandada hazırlığa başlayıb.

O, Portuqaliya yüksək liqasının 7-ci turunda "Jil Visente"yə qarşı keçiriləcək matçın məşqində iştirak edir.

Qonsalu Moreyra ötən həftə UEFA Gənclər Liqasında "Qarabağ"ın U-19 komandasına qarşı matçda (7:1) 4 qol vurmaqla diqqət mərkəzinə düşüb və əsas komandaya gətirilməkdə bu göstərici də böyük rol oynayıb.

Seçilən
23
sportinfo.az

1Mənbələr