AZ

Azərbaycan QHT-ləri Anım Günü ilə bağlı bəyanat yayıb (FOTO)

Bakı. Trend:

Bu gün Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumu 27sentyabr – Anım Gününə həsr olunmuş toplantı keçirib. Əvvəlcə,Azərbaycan Respublikasının Konstitusiya quruluşunun müdafiəsi,ərazi bütövlüyünün və dövlət suverenliyinin müdafiəsi uğrundacanlarını fəda etmiş şəhidlərin əziz xatirəsi ehtiramla yad olunub,Dövlət Himni səsləndirilib.

Toplantıda Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatlarının İdarəHeyəti, müxtəlif QHT rəhbərləri, şəhid ailələrinin təmsilçiləri,müharibə veteranları iştirak edib. Vətən müharibəsinin başlanmasısəbəbləri və tarixi Zəfərlə nəticələnməsi prosesi, yaranan yenireal müzakirələrdə geniş təhlil edilib.

Yekunda 27 sentyabr - Anım Günü ilə bağlı Azərbaycan Milli QHTForumunun bəyanatı səsləndirilib. Bəyanatı təqdim edirik:

“5 il əvvəl - 2020-ci il sentyabrın 27-də Ermənistan silahlıqüvvələrinin cəbhəboyu genişmiqyaslı təxribatına cavab olaraqAzərbaycan Ordusu “Dəmir Yumruq əməliyyatı” kimi dünya hərbtarixinə düşən əks-hücum əməliyyatına başladı. Müzəffər Ali BaşKomandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə qazanılan tarixiqələbə ərazilərimizin işğaldan azad olunması ilə nəticələndi, milliləyaqət nümunəsinə çevrildi.

27 Sentyabr – Anım Günü Vətən uğrunda canından keçən bütünşəhidlərimizin xatirəsinə yüksək ehtiramın təcəssümüdür.Şəhidlərimizin hünəri və qanı bahasına yazılan bu zəfər tarixiədaləti təmin etdi, regional güc balansını Azərbaycanın xeyrinədəyişdi, gələcək nəsillərə təhlükəsizlik və tərəqqi mirasqoydu.

Biz fəxr edirik ki, şəhidlərimiz 44 günlük müharibənin gedişindəGəncə, Tərtər və Bərdə rayonlarında dinc əhaliyə qarşı rakethücumlarının qisasını döyüş meydanında aldı. Biz bundan sonra daşəhidlərimizin şərəfli həyat yolunu öyrənəcək və öyrədəcək, onlarıntarixi missiyasını unutmayacağıq.

2020-ci ildəki 44 günlük Vətən müharibəsi ərazi bütövlüyümüzü,2023-cü il 19-20 sentyabr tarixində keçirilən əməliyyat dövlətsuverenliyimizi tam bərpa etdi.

Azərbaycan təkbaşına BMT Təhlükəsizlik Şurasının 1993-cü ildəqəbul etdiyi müvafiq qətnamələrinin icrasına nail oldu. Hazırdaazad edilmiş ərazilərdə dünyada bənzəri olmayan geniş bərpa vəquruculuq işləri aparılır, “Böyük Qayıdış” Proqramı çərçivəsindəkeçmiş məcburi köçkünlərin təhlükəsiz qayıdışı həyatakeçirilir.

Azərbaycan beynəlxalq hüququn prinsiplərinə – suverenlik, ərazibütövlüyü və sərhədlərin toxunulmazlığına sadiq qalaraq,Ermənistanla münasibətlərin normallaşdırılması istiqamətindəqətiyyətli addımlar atır. Bu ilin 8 avqustunda AzərbaycanRespublikasının Prezidenti İlham Əliyevin və ErmənistanRespublikasının Baş naziri Nikol Paşinyanın Vaşinqtonda ABŞPrezidenti Donald Trampın şahidliyi ilə imzaladıqları BirgəBəyannamə tarixi əhəmiyyət kəsb edir. Bu sənəd Azərbaycanın əsasərazisi ilə Naxçıvan bölgəsi arasında maneəsiz bağlantının –Zəngəzur dəhlizinin reallaşmasını da təmin edəcək.

Bütün bunlar həm də şəhidlərimizin fədakarlığı, müharibəveteranlarımızın əzmi, Müzəffər Ali Baş Komandan, Prezident İlhamƏliyevin qətiyyətli, müdrik siyasəti, yaratdığı yeni reallığınnəticəsidir. Prezident İlham Əliyev müharibənin qalibi olduğu kimi,sülhün də müəllifidir.

Azərbaycan QHT-ləri qəhrəman şəhidlərimizin ailələrinə bundansonra da müqəddəs əmanət kimi yanaşacaq.

Azərbaycan QHT-lərinin çətir təşkilatı olan Azərbaycan Milli QHTForumu şəhidlərimizin əziz xatirəsini dərin hörmətlə yad edir,onların ruhu qarşısında baş əyir”.

Azərbaycan
Azərbaycan
Azərbaycan
Azərbaycan
Azərbaycan
Azərbaycan
Seçilən
15
14
az.trend.az

10Mənbələr