AZ

İRİA rəsmisi: Gənclərin texnologiyalara marağının artırılmasında robot olimpiadalarının rolu xüsusi önəm kəsb edir

Bakı, 26 sentyabr, AZƏRTAC

Robot texnologiyaları üzrə keçirilən olimpiadalar ölkədə elmi biliklərin inkişafı və innovasiyaların təşviqi baxımından mühüm əhəmiyyət daşıyır.

AZƏRTAC xəbər verir ki, bu sözləri İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) sədr müavini Rəşad Xalıqov Milli Gimnastika Arenasında yeniyetmə və gənclər arasında VIII Respublika Robot Olimpiadasının açılış mərasimində deyib.

O qeyd edib ki, bu yarışlarda iştirak gənclərin bilik və bacarıqlarının inkişafına, komanda işinə, onların müasir texnologiyalara maraq göstərməsinə və problemlərin həllinə yönəlməsinə şərait yaradır. İRİA rəsmisinin sözlərinə görə, xüsusilə robot texnologiyaları üzrə olimpiadalar təkcə məktəblilərin fənlər üzrə biliklərinin dərinləşməsinə deyil, həm də yaradıcı yanaşmaların, analitik düşüncə və innovativ həllərin formalaşmasına xidmət edir.

“Belə tədbirlər gənclərin gələcəkdə iqtisadiyyatın innovasiya yönümlü sahələrinə marağını artırır və onların inkişafına təkan verir. Hesab edirəm ki, bu yarışlarda iştirak edən hər bir komanda ölkəmiz üçün dəyərli təcrübə qazanır”, – deyə İRİA rəsmisi vurğulayıb.

Rəşad Xalıqov Olimpiadada iştirak edən komandaları təbrik edib və gənclərin texnoloji sahədə uğurlarının ölkə üçün strateji əhəmiyyət daşıdığı xüsusi qeyd edib.

Seçilən
45
azertag.az

1Mənbələr