AZ

Çelsi Palmeri iitirdi

ain.az, Qol.az portalına istinadən məlumat verir.

UEFA Çempionlar Liqasının Liqa mərhələsində "Qarabağ"ın rəqiblərindən olan "Çelsi"nin heyətində ciddi itki baş verib.

QOL.az xəbər verir ki, London təmsilçisinin futbolçusu Koul Palmer zədələnib. Bu barədə komandanın baş məşqçisi Entso Mareska açıqlama verib.

İngiltərəli hücumameyilli yarımmüdafiəçinin 2-3 həftə yaşıl meydanlardan uzaq qalacağı gözlənilir.

23 yaşlı futbolçu bu mövsüm "mavilər"in heyətində keçirdiyi 10 oyunda 5 qol vurub, 2 qol ötürməsi edib.

Qeyd edək ki, "Qarabağ" "Çelsi" ilə noyabrın 5-də Bakıda qarşılaşacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
5
1
qol.az

2Mənbələr