AZ

Rəşad Sadıqov Qubada niyə özündən çıxdı? - FOTO

Premyer Liqanın 6-cı turunda “İmişli” “Zirə”ni qəbul edir.

Oyundan əvvəl qonaq komandanın baş məşqçisi Rəşad Sadıqov özündən çıxıb.

Buna stadion əməkdaşlarının qazonu sulaması səbəb olub.

Belə ki, Quba Olimpiya İdman Kompleksinin meydanı “ağır” olduğundan, Sadıqov sulanmanın onsuz da yararlı olmayan örtüyün vəziyyətinə pis təsir edəcəyindən narahatlığını ifafə edib.

Baş məşqçi klub rəsmilərinə bu barədə göstəriş verəndən sonra meydanın sulanması dayanıb.

HƏBİB / SPORTİNFO.AZ

Seçilən
8
sportinfo.az

1Mənbələr