AZ

“Liverpul” Jotanın maaşını ailəsinə ödədi

“Liverpul” mərhum futbolçu Dioqu Jotanın müqaviləyə əsasən almalı olduğu məbləği ailəsinə ödəyib.

İdmanxeber.az-ınməlumatına görə, baş məşqçi Arne Slot açıqlamasında klubun sözləşmənin qalan iki ili üçün nəzərdə tutulan 10 milyon funtu hücumçunun yaxınlarına verdiyini bildirib.

Xatırladaq ki, Portuqaliya millisinin üzvü Jota iyulun 3-də avtomobil qəzasında qardaşı ilə birlikdə həlak olub. O, 2020–2025-ci illərdə “Liverpul”da 182 oyuna 65 qol və 26 assistlə yadda qalıb.

Seçilən
83
idmanxeber.az

1Mənbələr