AZ

Bu tələbələr təhsillərini ödənişsiz davam etdirəcək

"Yaxın günlərdə bakalavriat üzrə göstəricilər dəqiqləşdiriləcək və bəzi ödənişli əsaslarla təhsil alanlar da dövlət sifarişi üzrə təhsillərini davam etdirəcək".

Demokrat.az
xəbər verir ki, bunu bunu jurnalistlərə açıqlamasında Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə söyləyib.

O qeyd edib ki, Elm və Təhsil Nazirliyi ilə razılaşma əsasında bakalavriat səviyyəsi üzrə boş qalan dövlət sifarişli yerlərə tələbələrin yenidən yerləşdirilməsi aparılacaq. Hazırda bununla bağlı işlər görülür.

Məleykə Abbaszadənin sözlərinə görə, müəyyən ixtisaslar var ki, orada müsabiqə vəziyyəti yüksəkdir, bəzi ixtisaslarda isə aşağıdır: "Magistratura səviyyəsi üzrə adambaşına maliyyələşmə mexanizmi tətbiq olunur. Dövlət hər bir proqram üzrə plan yerləri ilə bağlı proqnoz verir.

Yerləşdirmə aparıldıqdan sonra müəyyən ixtisaslarda, məsələn, kənd təsərrüfatı ixtisaslarında boş yerlər qalır. Amma bəzi ixtisaslarda plan yerləri tam dolur. Təhsilə ona görə vəsait ayrılır ki, insanlar təhsil alsınlar. Elm və Təhsil Nazirliyi ilə razılaşmalar əsasında həmin o yerlərdə yenidən yerləşdirmələr aparılır”. //Modern.az
Seçilən
6
7
demokrat.az

10Mənbələr