AZ

Tacir Şahmalıoğlu Xatirədən niyə üzr istədi? (AÇIQLAMA)

Müğənni Tacir Şahmalıoğlu həmkarı Xatirə İslamdan üzr istəməsi ilə bağlı məlumata aydınlıq gətirib.


O, Qaynarinfo-ya açıqlamasında Xatirə İslamdan həqiqətən də üzr istədiyini bildirib:

"Onun atası sağdır. Mən atası haqqında danışanda dedim ki, Allah Xatirənin atasına rəhmət eləsin. Başqa nəyə görə ondan üzr istəyim ki? Xatirə xanımla küsülü deyilik, o, yaxşı dostdur. Əməkdar artist Yusif Mustafayev mənim yanımda dedi ki, Allah Xatirə xanımın atasına rəhmət eləsin. Mən də elə bildim atası ölüb. Amma diriyə də rəhmət düşür. Bu ifadə Xatirə xanımın xətrinə dəyməyib, sadəcə olaraq mənə dedi ki, atam ölməyib".

Tacir Şahmalıoğlu oktyabr ayında Xatirə İslamla eyni efirdə olacağını bildirib:

"Xatirə mehriban qızdır və mən onu çox istəyirəm".
Qeyd edək ki, müğənni Xatirə İslamla həmkarı Tacir Şahmalıoğlunun arasında qalmaqal yaşanıb. Buna səbəb bir müddət öncə Tacir Şahmalıoğlu çıxışının birində Xatirə İslamın atasının ünvanına "rəhmətlik atası əlindən tutub yanıma gətirib" ifadəsini işlədib. Bu isə qarşı tərəfi özündən çıxarıb. Xatirə İslam sosial şəbəkədə "Atam dünyanı dağıdır ki, mən ölməmişəm", deyə Tacir Şahmalıoğlunun fikirlərinə etirazını bildirib.
Seçilən
3
2
yenilik.az

3Mənbələr