AZ

Yekaterinburqda azərbaycanlılar əsassız saxlanılıb: generalın imkanları tükəndi

Rusiyanın Yekaterinburq şəhərində azərbaycanlılar Şıxlinski və Səfərovlar barəsindəki cinayət işinin istintaqını yarımçıq qoyan müstəntiq iş yerində sərxoş olub və özünü qeyri-adekvat aparıb.

Vətəninfo.az Rusiya telegram kanallarına istinadla bildirir ki, mayor Yaroslav Kuzvesovun iş yerindəki içki məclisi və isterikanın səbəbi Sverdlovsk vilayətinin İstintaq Komitəsinin rəisi general-mayor Boqdan Frantişko ilə yaranmış münaqişə olub. Bunu Kuzcvesovun həmkarları açıqlayıblar.

“Frantişko Kuzvesovu yanına çağırdı və ondan istintaqı sürətləndirməyi tələb etdi, çünki artıq Yaroslavı qorumaq imkanı qalmamışdı. Kuzvesov isə lovğalanaraq “hər şey qaydasındadır, mən özüm həll edəcəyəm” dedi. Onda Boqdan Valeryeviç dözə bilmədi və artıq kobud ifadələrdən çəkinmədi. Rəsmi ifadələr yox idi, amma elə danışdı ki, Kuzvesovun həssas ruhi vəziyyəti tab gətirmədi”, – deyə mayor Kuzvesovun həmkarları bildirirlər.

Onların sözlərinə görə, Frantişkonun tabeliyində olana reaksiyası tamamilə qanunauyğun idi:

“Onun (Frantişkonun) Sverdlovsk vilayəti üzrə Federal Təhlükəsizlik Xidmətinin rəisi general-mayor İqor Nikolaevlə münasibətləri gərgin idi, üstəlik bir də Kuzvesovun bu hərəkəti çıxdı. Rəis (Frantişko) uzun müddət Yaroslavı qoruyurdu, vəziyyəti yumşaltmağa, kömək etməyə çalışırdı, amma Yaroslav bunu qiymətləndirmədi və axırda böyük səhv etdi”.

Qeyd edək ki, Yekaterinburq şəhərində azərbaycanlıların əsassız saxlanılmasına dair xəbər vermişdik. Həmin yazıda əks olunub ki, Sverdlovsk vilayəti üzrə İstintaq Komitəsi əməkdaşlarının Yekaterinburq şəhərində azərbaycanlıların nəyə əsasən saxlanılması ilə bağlı fakt tapa bilmirlər. Fakt tapılmaması ilə bağlı sentyabrın əvvəlində hətta Moskvadan Sverdlovsk vilayətinə yoxlama gəlib və araşdırmalar aparılıb. Həmin yazıda qeyd olunub ki, Yaroslav Kuzvesov azərbaycanlıları şəxsi ambisiyaları naminə saxlatdırdığını etiraf edib və rəhbərliyi aldadıb.Lent.az

Seçilən
4
3
veteninfo.az

4Mənbələr