AZ

Ermənistandan Rusiyaya nüvə müraciəti: Paşinyanın şok planı İŞƏ DÜŞDÜ

“Ermənistanın nüvə texnologiyası ilə bağlı Rusiya və Belarusa müraciət etməsi Cənubi Qafqazda mövcud təhlükəsizlik balansına yeni risklər gətirə bilər. İlk növbədə, Ermənistanın bu sahədə təcrübə və resurslarının məhdudluğu səbəbindən xarici tərəfdaşlara yönəlməsi onun texnoloji asılılığını artıracaq. Bu, xüsusilə Rusiya və Belarus kimi dövlətlərin regiondakı təsir imkanlarını genişləndirə bilər. Bu da balanslı siyasət yürütməyə çalışan qonşu dövlətlər üçün narahatlıq doğurur”.

Bu fikirləri KONKRET.az-a politoloq Züriyyə Qarayeva səsləndirib.

Rus

“Digər tərəfdən, nüvə texnologiyalarının hərbi məqsədlərə yönəlməsi riski də nəzərdən qaçırılmamalıdır. Ermənistan bu istiqamətdə rəsmi bəyanatlar verməsə də, texnoloji imkanların genişlənməsi region ölkələrində şübhə və etimadsızlığı artıracaq. Bu isə həm Azərbaycan, həm də digər qonşularla münasibətlərdə yeni gərginliklərə zəmin yaradacaq”.

Politoloq bundan əlavə qeyd edir ki, nüvə texnologiyası ilə bağlı əməkdaşlıq regionda mövcud enerji təhlükəsizliyi gündəminə də təsir edə bilər.

“Ermənistanın Metsamor AES-i hələ də köhnə və riskli infrastruktur hesab olunur. Yeni texnologiyaların gətirilməsi texniki baxımdan modernləşmə kimi təqdim edilsə də, əgər bu proses şəffaflıqdan kənarda gedərsə, ekoloji və radiasiya təhlükələri bütün Cənubi Qafqaz üçün ciddi risk yaradar. Nəticə etibarilə Ermənistanın bu istiqamətdə atdığı addımlar regionda həm geosiyasi, həm də ekoloji riskləri artırır. Rusiya və Belarusun iştirakı isə bu prosesi sadəcə texnoloji əməkdaşlıq deyil, həm də siyasi təsir alətinə çevirir. Bu isə Cənubi Qafqazda həssas təhlükəsizlik mühitini daha da mürəkkəbləşdirə bilər”.

Müşviq Tofiqoğlu

KONKRET.az

Seçilən
18
1
konkret.az

2Mənbələr